Xəbər lenti

Fərəc Quliyev:
Siyasət 12:30 23.05.2024

Fərəc Quliyev: "Partiyam seçkilərə qatılacaq, özüm isə..."

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Fərəc Quliyev məlumat verib. 

Sədr partiyanın hər zaman seçkilərində iştirakını məqbul sayır:

"Namizədlərin iştirakı ilə bağlı partiyada hələ heç bir müzakirə aparılmayıb. Seçki elan olunandan sonra müzakirələr aparılacaq".

Fərəc Quliyevin özünü seçkilərdə namizəd olub-olmamasına gəlincə, sədr bu barədə hələ qərar vermədiyini deyib:

"Partiya seçkidə iştirak edəcək, amma mənim fərdi qaydada iştirak edib-etməməyim seçki elan ediləndən sonra aparılan müzakirələrdə bəlli olacaq".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->