Xəbər lenti

Fələstin tərəfdarı ABŞ-da birinci xanımın, Kanadada baş nazirlərin tədbirini pozdu
Dünya 11:08 03.03.2024

Fələstin tərəfdarı ABŞ-da birinci xanımın, Kanadada baş nazirlərin tədbirini pozdu

Fələstin tərəfdarı etirazçılar ABŞ-ın birinci xanımı Cil Baydenin Arizonada qadınların abort hüququ ilə bağlı çıxış etdiyi tədbiri dayandırıblar. 

Qaynarinfo bu barədə "The Hill"ə istrinadən xəbər verir.

Birinci xanımın çıxışı Qəzza zolağında atəşkəsə çağıran nümayişçilər tərəfindən pozulub. Belə ki, etirazçılardan biri Co Baydenin Qəzza zolağında atəşkəsə nə vaxt çağıracağı sualına cavab verməyi tələb edib. Daha sonra o, mühafizə orqanları tərəfindən çıxarılıb.

Digər nümayişçilər İsrailin Qəzza zolağında qadın və uşaqlara qarşı Amerika vergi dollarları hesabına həyata keçirilən hərbi cinayətləri barədə qışqırıblar.
 


Kanadada da oxşar hadisə baş verib. Belə ki, bu ölkədə səfərdə olan İtaliyanın baş naziri Corcia Meloni ilə kanadalı həmkarı Castin Trüdonun iştirakı ilə keçirilən tədbir Fələstinə dəstək aksiyasına görə yarımçıq qalıb. 

Tədbir Torontoda Ontario İncəsənət Qalereyasında baş tutmalı idi. Lakin qalereyanın qapıları qarşısında etiraz aksiyası keçirilib, iştirakçılar Kanada hökumətinin Qəzzada hərbi münaqişə ilə bağlı hərəkətlərini tənqid ediblər.

Castin Trüdonun ofisinin sözçüsü tədbirin təhlükəsizlik səbəbi ilə ləğv edildiyini vurğulayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qalereyanın girişində təxminən 200-300 nəfər toplaşıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->