Mərhum xalq yazıçısı, kinodramaturq, ssenarist Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə keçirilən I Milli Televiziya İdman Filmləri və Proqramları festivalının münsiflər heyətinə dəvət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun özü məlumat verib. Fatimə İbrahimbəyova festivalın ilk dəfə keçirildiyini vurğulayıb:
"Təşkilatçılara bu layihənin ölkənin ən əhəmiyyətli və əlamətdar idman-mədəni tədbirlərindən birinə çevrilməsini çox arzu edirəm. Müsabiqədə idmana həsr olunmuş filmlər, proqramlar, reklam və musiqi videoları iştirak edə bilər”.
Fatimə İbrahimbəyovanın sözlərinə görə, bütün müraciətlər sentyabrın 30-na kimi festivalın təşkilat komitəsinə təqdim edilməlidir.
Bahar Rüstəmli
Şərhlər