Xəbər lenti

Fabreqas məşqçiliyə başladı, inancı qələbə gətirdi
İdman 14:05 27.11.2023

Fabreqas məşqçiliyə başladı, inancı qələbə gətirdi

Futbolçu karyerasını bitirərək məşqçiliyə başlayan İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas ilk matçına maraqlı inancla çıxdığını bildirib. 

Qaynarinfo-nun məlumatına görə, "Arsenal" və "Barselona"da əfsanələri arasına adını yazdıran, "Çelsi" ilə çempionluq qazanan və karyerasına İtaliya B Seriyası təmsilçisi "Komo"da başa vuran ispaniyalı futbolçu elə həmin klubda da məşqçiliyə başlayıb. Vəzifəsindən qovulan Moreno Lonqonun yerinə təyin olunan Fabreqas komandasını çalışdırdığı ilk matçda 3 xal qazanıb.

Çempionatın sonuncu pilləsində yer alan "Feralpisalo"nu 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra çox sevincli olan Fabreqas, qələbə qolunu vuracaq adamı düzgün müəyyənləşdirdiyini bildirib: "İlk hissəni yaxşı keçirdik, amma oyunu daha tez bitirməliydik. Ehtiyat oyunçular əllərindən gələni etdilər, Qabrielloniyə qol vuracağını dedim və oldu. Uşaqlıqdan bəri təzyiq hiss edirəm və onu idarə etməliyəm. Biz daim təkmilləşməliyik və məqsədimizə çatmaq üçün birləşməliyik".

36 yaşlı Fabreqas İspaniya millisinin heyətində dünya və Avropa çempionluğunu qazanıb. O "Çelsi"nin formasında iki dəfə Premyer Liqa çempionu olub. "Barselona"nın yetirməsi gənc yaşlarında "Arsenal"a transfer edilib və karyerası boyunca mərkəz yarımmüdafiəçisi kimi çıxış edib. Fabreqas yüksək texniki bacarıqla yanaşı, yaxşı oyun zəkasına sahib olması ilə də diqqət çəkib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->