İki kinematoqrafçılar ittifaqının birləşməsindən yaranacaq yeni ittifaqın sədri seçki yolu ilə seçiləcək.
Bu barədə Qaynarinfo-ya xalq artsiti Şeyx Əbdül Mahmudbəyov məlumat verib.
Onun sözlərinə görə, avqustun 2-də Kino Bayramından sonra qurultayın vaxtı açıqlanacaq:
"400 nəfər kinematoqrafçı var, onlar yeni sədri gizli səsvermə ilə seçəcək. Həmin vaxt İdarə Heyəti və Ağsaqqallar Şurasının üzvləri də seçiləcək. 400 nəfərdən kim istəsə, namizədliyini irəli sürə bilər. Mən öz namizədliyimi verməyəcəm. Çünki mənə kino birliyi lazım idi, onu da etdik. Biz kino çəkib, kino tariximizi bərpa etməliyik”.
Şeyx Əbdül Mahmudbəyov hesab edir ki, ittifaqın sədri birmənalı şəkildə kinorejissor olmalıdır:
"Bu bütün dünyada belədir, bizdə də belə olacaq. Kino rejissor sənətidir. Rüstəm ona görə sədr idi ki, o həm rejissor, həm də kinodramaturq idi. Heç bir artist kino birliyinin sədri ola bilməz. Əgər, aktyorlar istəyərsə, İdarə Heyətində təmsil oluna bilərlər. Qadağa yoxdur, onlar da namizədliyini verə bilərlər, amma seçilməyəcəklər. Məqsədimiz odur ki, kino birliyinə kino sahəsində təcrübəsi olan gənclər gəlsin. 70-80 yaşında biri birliyə sədrlik edə bilməz”.
Bahar Rüstəmli
Şərhlər