Xəbər lenti

Əvəz Temirxan Pənah Hüseynin partiyasından namizəd oldu
Siyasət 11:03 17.07.2024

Əvəz Temirxan Pənah Hüseynin partiyasından namizəd oldu

Fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan növbədənkənar parlament seçkilərinə Azərbaycan Xalq Partiyasından qatılıb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Əvəz Temirxan bildirib ki, bununla bağlı partiyanın sədri Pənah Hüseynə müraciət edib:

"O da müraciətimi qəbul etdi. Hazırda  23 saylı Nəsimi-Səbayel Seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Xatırladaq ki, Əvəz Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının sədri olub və partiya 2024-cü ildə fəaliyyətini dayandırıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->