İngiltərə klubu "Everton"un daha iki xalı silinib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Liverpul klubunun maliyyə feyr-pleyi qaydalarını pozması olub.
Premyer Liqadan verilən açıqlamada sözügedən cəzanın 2022-2023 mövsümündə maliyyə qaydalarını pozduğu üçün "Everton"a verildiyi bildirilib. Buna qədər 29 xalla liqada 15-ci yerdə olan "Everton" 16-cı pilləyə (27 xal) düşüb.
"Everton"un ötən il 10 xalı silinmişdi. Ancaq klubun etirazlarından sonra cəza altı xala endirilib.
Səbuhi Həsənov
Şərhlər