Bakıda qadın xadimə işlədiyi evdən 5 min manata yaxın pul oğurlayıb.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1992-ci ildə Bakı şəhərində anadan olmuş Səməyə Səlimova (soyad şərti) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Təqsirləndirilən qadın ayda 2-3 dəfə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən Anarın mənzilini 20 manat müqabilində təmizləyirmiş. Sonuncu dəfə Anar yorğun olduğu üçün çarpayıda uzanıb yatıb. Saat 20.00 radələrində yuxudan oyanıb və mənzildə təmizlik işləri aparan Səməyənin evdə olmadığını görüb. Ona zəng edib, lakin onun telefonuna zəng çatmayıb. Anar mənzilin giriş hissəsində, dəhlizdə asılqanda asdığı əl çantasının yerində olmadığını görüb. Çantanın içində 4700 manat pul olub.
Məlum olub ki, Səməyə oğurladığı pulları "Kapital Bank"a kredit borcunu ödəyib, bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından hər ay dövlət nəfinə 10 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Əhməd
Şərhlər