Xəbər lenti

Sənət 09:47 14.05.2023

"Eurovision"un qalibi bəlli oldu

"Eurovision-2023” beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

Qaynarinfo xəbər verir ki, Liverpulda keçirilən yarışmada İsveçi təmsil edən müğənni Lorin "Tattoo” mahnısı ilə qalib olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq Finlandiya və İsrail tutub.

Xatırladaq ki, Lorin 2012-ci ildə Bakıda keçirilən "Eurovision” mahnı müsabiqəsində də birincilik qazanmışdı. O, bu uğurunu 11 il sonra yenidən təkrarlayıb.

Qeyd edək ki, bu il Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində keçirilən 67-ci "Eurovision-2023” mahnı müsabiqəsində 37 ölkə təmsil olunub. Müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX "Tell me more” mahnısı ilə təmsil edib. Onlar yarımfinalda dayanıblar.
 
Onu da qeyd edək ki, Lorin ikinci dəfə "Eurovision"un qalibi olib. İsveçli müğənni ilk dəfə Bakıda qalib adı qazanmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->