Xəbər lenti

Sənət 14:40 07.04.2024

"Eurovision"da tarixi hadisə: Qeyri-binar iştirakçı qalib ola bilər

Bukmeker şirkətlərinin reytinqlərinə əsasən, qeyri-binar şəxs ilk dəfə "Eurovision 2024" mahnı müsabiqəsinin qalibi ola bilər. Söhbət İsveçrə təmsilçisi, müğənni Nemodan gedir.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, sənətçi zahirən kişiyə bənzəsə də, özünü qeyri-binar insan kimi mövqeləndirir, yəni nə cinsini, nə də gender rolunu müəyyən etmək istəmir. Nemo özünü "onlar" tərifi ilə təsnif edir.

Müğənni müsabiqədə "The Code" mahnısı ilə çıxış edəcək. Sənətçi qeyd edib ki, trekinin əsas məqsədi bütün dünyaya onların qeyri-binar kimliklərini necə başa düşdüklərini göstərmək və qlobal LGBT+ icmasını "Eurovision"da təmsil etməyə ümid etməkdir.

"Düşünürəm ki, Nemo bütün bu yüksək notları vursa və bütün bu fərqli üslubları nümayiş etdirsə, münsiflər arasında çox yüksək bal toplayacaq, lakin real presedent olmadığı üçün tamaşaçıların nə qərar verəcəyini bilmək çətindir. Bu, çox unikal mahnıdır", deyə müsabiqə ekspertlərindən biri bildirib.

Yeri gəlmişkən, bukmeker kontorlarının səsverməsində liderlər arasında Xorvatiya təmsilçisi, "Rim Tim Tagi Dim" mahnısı ilə müğənni Babi Lasaqna da yer alıb.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar" mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Qeyd edək ki, qeyri-binar gender şəxsiyyəti, bir insanın iki fərqli gender kimliyinə (eyni zamanda və ya növbə ilə) malik olduğu vəziyyətdir. Məsələn, bigender olanda insan özünü həm ikili qadın, həm də kişi, qadın və qeyri-binar şəxsiyyət, neytrois və agender və s. hiss edə bilər Bəzi hallarda onların gender rolu özünü dərk etməsi (sosial cins, cinsiyyəti) əhval-ruhiyyədən, həmsöhbətdən, ətraf mühitdən asılı olaraq dəyişir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->