Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, ölkə hökuməti Rusiya vətəndaşlığını qəbul edənləri deportasiya etməyin yollarını axtarır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Postimees" qəzeti yazıb.
Kallasın sözlərinə görə, Estoniya hökuməti Rusiya vətəndaşlığının alınması faktını nəzərdən qaçıra bilməz.
"Rusiya Federasiyasının Ukrayna dövlətinə və xalqına hücum etdiyi bir vaxtda Estoniyada yaşayan şəxsin Rusiya Federasiyasının vətəndaşlığını almaq qərarına gəlməsi onu göstərir ki, lazım gələrsə, səfərbərlik çərçivəsində orduya qoşulmağa, Ukraynaya qarşı hücumlarda iştirak etməyə hazırdı", deyə baş nazir bildirib.
Eyni zamanda, baş nazir hər bir prosedurun fərdi və müəyyən bir insanın yaratdığı təhlükədən asılı olduğunu deyib.
Aydın
Şərhlər