Somali "Hayat" otelindəki girov vəziyyətinin qanlı sonu 30 saat davam edən qarşıdurmadan sonra Somali təhlükəsizlik qüvvələri ölkənin paytaxtında "Həyat" adlı oteldə "Əş-Şəbab"ın hücumuna və girov götürülməsinə son qoyub.
Qaynarinfo bu barədə "France24"-ə istinadən xəbər
verir.
"France24" ən azı 13 nəfərin öldüyünü açıqlasa da, CNN hücum və girov götürülmə zamanı 20 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirir.
Məlumata görə dünən səhər Əş-Şəbab terror qroplaşması Somalinin paytaxtında "Həyat" otelinə hücum edib.
Moqadişu polisinin məlumatına görə, iki minalanmış avtomobil oteli hədəf alıb. Sonra Əş-Şəbab hücumçuları otelə daxil olaraq atəş açıb və orda olan insanları girov göturməyə çalışıblar.
Əş-Şəbab, Əl-Qaidə şəbəkəsinə bağlı silahlı terror qruplaşmasıdır və Afrikada yüzlərlə insanın ölümünə səbəb olan bir çox terror əməliyyatlarının arxasında dayanır.
M.Arif
Şərhlər