Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.
Qaynarinfo ŞKTC liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının 47-ci quruluş ildönümü münasibəti ilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.
Tədbirdə iştirak edən azərbaycanlı qonaqları da salamlayan Ersin Tatar, idman sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.
ŞKTC Prezidenti Azərbaycana səfərinin əhəmiyyətindən də danışıb.
Şərhlər