Hollivud aktrisası Şeron Stoun məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
66 yaşlı "Əsas İnstinkt" aktrisası yüksək sürətlə maşın sürmək və başqa bir avtomobili vurmaq, nəticədə bir qadına xəsarət yetirməyə səbəb olan təhlükəsiz avtomobil manevrləri etməkdə ittiham olunur.
Yaralanan qadın Amanda Qodepski 24 aprel Los Anceles Ali Məhkəməsində əmlaka dəymiş ziyan və şəxsi zədə ilə bağlım iddia qalıdırıb. O, dəymiş ziyanın 35.000 dollardan çox olduğunu iddia edir və bu məbləğdə təzminat tələb edir.
Stounun nümayəndəsi "People" nəşrinin sorğusuna cavab verməyib.
Məhkəmə sənədlərinə görə, hadisə 2023-cü il iyunun 30-da Los Ancelesdə baş verib.
Aydın
Şərhlər