(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə hazırlanıb)
44 günlük Vətən müharibəsi artıq 3 ilə yaxındır bitsə də, ermənilərin beynəlxalq və hərbi təcavüz cinayətləri hələ də davam etməkdədir.
Məğlubiyyətlə barışmayan Ermənistan hakimiyyəti və ordu az qala hər gün Azərbaycanla sərhəddə silahlı təxribat, həm də beynəlxalq alımdə təbliğat işləri aparır öz ağıllarınca "yalançı erməni həqiqətləri”ni dünyaya çatıdrmağa çalışır.
Amma onlar hələ ən yaxın keçmişdə, 44 günlük müharibə zamanı Azərbaycanın cəbhəyə dəxli olmayan böyük şəhərlərini raketlə atəşə tutaraq, dinc əhalini öldürdüklərini, insanları evsiz-eşiksiz qoyduqlarını unudurlar.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qələbələri təkcə 44 günlə yekunlaşmadı, keçən bu müddətdə Azərbaycan çox böyük qələbələr də əldə ətdi. Buna nümunə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd keçid məntəqəmizin qurulmasını, həmin ərazilərə nəzarətin Azərbaycan ordusuna keçdiyini göstərmək olar.
Azərbaycan qələbələrə doğru irəlilədikcə ermənilər bugünkü reallıqları qəbul etməyərək hələ də cəbhədə təxribatlarından əl çəkmirlər.
Azərbaycan isə onların cavabını cəbhədə layiqincə verir. Azərbaycan rəsmi orqanları da Ermənistanın törətdiyi bu cinayətlərlə bağlı cinayət işi qaldırır, beynəlxalq məhkəmələrə müraciət edir.
Ancaq məsələ tək əsgərin, ordunun üzərinə düşümür. Burada eyni zamanda informasiya savaşı da getməli, ölkənin hər bir vətəndaşı bu savaşda iştirak etməlidir.
Bəs bu proseslər necə davam etməldir?
Qaynarinfo məsələni media eksperti Qulu Məhərrəmli və hüquqşünas Qulamhüseyn Əlibəyli ilə müzakirə edib.
Qulu Məhərrəmli bildirib ki, Ermənistan tərəfindən hər an təxribatın törədilməsi gözlənilməz deyil. Həm silahlı qüvvələr, həm ictimaiyyət, həm media bu məsələlər üçün daima hazır olmalıdır:
"Biri təxribatın qarşısını almaq üçün, digərləri bu barədə dünya və ölkə ictimaiyyətini məlumatlandırmaq üçün. Əlbəttə, birinci növbədə bizim media infrastrukturumuz çox ciddi şəkildə çalışmalıdır ki, bu məlumatlar dünyanın aparıcı media təşkilatlarıın məhsulu kimi yayılsın. Buna görə də bizim dünya mediası ilə əlaqələrimiz çox geniş olmalıdır. Bu baxımdan çox ciddi əhəmiyyət kəsb edir ki, dünyanın aparıcı informasiya agentlikləri - Reuters, Franspress, Asoşeytedpres, Əlcəzirə və digər media qrumlarının Azərbaycanda təmsilçiliyi bərpa olunsun və onlar bu məlumatların yayılmasına yardımcı olsunlar. İndi necə ki, zaman Azərbaycanın xeyrinə işləyir, Azərbaycan mediası da, onun informasiya siyasəti bilə məşğul olan strukturlar da media işini ən yüksək səviyyədə qurmalıdır”.
Ekspert bu məlumatların yayılmasında hətta sosial şəbəkələrin də üzərinə məsuliyyət düşdüyünü qeyd edib:
"Sosial şəbəkələrin mümkün platformalarında bu məlumatların müxtəlif xarici dillərdə yayılması çox önəmlidir”.
Qulu Məhərrəmli onu da əlavə edib ki, burada digər məsələ isə bu məlumatların faktik əsasları, görüntü bazasının ciddi şəkildə təmin olunmasıdır:
"İndi yalnız sözlə, təbliğat havası olan materiallara baxılmır. Məlumatların mütləq görüntü əsasları olmalıdır”.
Hüquqşünas Qulamhüseyn Əlibəyli isə qeyd edir ki, Ermənistanın törətdiyi bütün təxribatlarla, hadisələrlə bağlı iş açılmalı, araşdırma aparılmalı, bütün hallarda sənədlər dəqiqləşdirilməli, qeydiyyata alınmalıdır:
"Bu sənədlər gələcəkdə Azərbaycanın beynəlxalq məhkəmələrdə iddia qaldırmasında böyük rol oynamalıdır. Ona görə də Ermənistan hansısa bir təxribata yol verirsə, bu, dəqiq araşıdırılmalı, sənədləşdirilməli, cinayət varsa, cinayət işi qaldırılmalı və bütün sənəd-sübut toplanmalıdır”.
Hüquqşünas bildirib ki, Azərbaycan tərəfindən Ermənistana cinayət işi açan orqanlar beynəlxalq məhkəmələrə rəsmən müraciət etməlidir ki, onlar bu məsələdən xəbərdar olsun:
"Təbii, bu o demək deyil ki, elə onlara müraciət edilən kimi onlar hansısa qərar qəbul edəcək. Lakin daimi olaraq həmin qurumları faktiki sənədlərlə tanış eləmək lazımdır. Azərbaycan təcrübəsində belə bir məsələ var ki, işi açırlar, sonra sənəd-sübut toplamırlar. Lakin düşünürəm, bu, davam etdirilməlidir ki, gələcəkdə həm beynəlxalq məhkəmələrdə, həm də dövlətlər arası münasibətlərdə rol oynaya bilsinlər”.
Hüquqşünas qeyd edir ki, burada təkcə dövlət təşkilatlarının üzərinə deyil, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq əlaqələri olan fərdlərin də üzərinə məsuliyyət düşür:
"Biz 44 günlük müharibə dövründə Azərbaycan həqiqətlərini bütün dünya ilə paylaşmışdıq. Ona görə də hər bir vətəndaş çalışmalıdır ki, bütü ictimaiyyət bu məsələdən xəbərdar olsun”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər