Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20-nin 18-ci sammiti çərçivəsində Soçidə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələrini Qərb liderlərinə təqdim edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə paytaxtındakı diplomatik mənbə bildirib.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. İki ölkə liderləri "taxıl müqaviləsi” ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.
"Zirvə çərçivəsində Ərdoğan həmçinin G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq, əsas diqqət Türkiyə və BMT-nin Qara dəniz taxıl təşəbbüsünün işini bərpa etmək təşəbbüslərinə yönələcək. Cənab prezident Rusiya tərəfinin Ukraynadakı münaqişənin həlli və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası ilə bağlı təklifləri barədə məlumat verəcək”, - agentliyin həmsöhbəti bildirib.
Alpər
Şərhlər