"Deloitte" beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.
Qaynarinfo xəbər verir ki, 831 milyon avro qazanan "Real Madrid" siyahıda birinci olub.
İkinci yerdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının son qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. İngiltərə klubu ötən mövsüm reytinqə başçılıq edirdi.
İlk üçlüyü PSJ qapayıb. Paris klubunun qazancı 802 milyon avo olub.
Ən gəlirli klublar onluğuna həmçinin "Barselona” (800,1 milyon), "Mançester Yunayted” (745,8), "Bavariya” (744), "Liverpul” (682,9), "Tottenhem” (631,5), "Çelsi” (589,4) və "Arsenal” (532,6) daxildir.
Avropanın ən yaxşı 20 klubunun gəlirləri rekord oyun günü və reklam gəlirləri də daxil olmaqla, 14% artaraq 10,5 milyard avroya çatıb. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.
Aydın
Şərhlər