Türkiyə millsinin sabiq futbolçusu Emre Belözoğlunun yeni iş yeri müəyyənləşib.
Qaynarinfo-nun məluamtına görə, o, "Ankaragücü"nün baş məşqçisi vəzifəsinə təyin olunub. "Sarı-göylülər" Tolunay Kafkasdan sonra boş qalan postu 43 yaşlı Belözoğluna tapşırıldığını açıqlayıb.
Emre məşqçilik karyerasına "Fənərbağça” da başlayıb, daha sonra 2 il "Başakşehir"də çalışıb. Bu mövsüm dördüncü turdan sonra "Başakşehir"dən ayrılan təcrübəli çalışdırıcı, indi "Ankaragücü"nü meydana çıxaracaq.
Səbuhi Həsənov
Şərhlər