Xəbər lenti

Emin Mahmudov
İdman 10:18 06.03.2023

Emin Mahmudov "Neftçi"nin tarixinə düşdü

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub.

"Ağ-qaralar"ın yubiley qolu ölkə çempionatının XXV turuna təsadüf edib. "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan "Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Bununla da "Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. "Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

"Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də "Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də "Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->