Xəbər lenti

Əməkdar artist xəstəxanaya yerləşdirildi
Sənət 10:28 05.01.2024

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Aygün Bəylər yenidən xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı sosial media hesabında paylaşım edib. 

O, paylaşımına bu başlığı yazıb: "Aygün Bəylərin Gülhanə Hərbi Tibb Akademiyası GATA-da növbəti müalicə mərhələsi başlayıb. İlk gündən Heydər Əliyev Fondu sürəci tam nəzarətdə saxlayır. Allahdan ümid kəsilməz. Hər ağızda bir kəramət var, dua edək. Allah övladına bağışlasın.

Aygünə indi ən çox mənəvi dəstək lazımdır. Ankaradakı dostlar, xəstəxanaya bir zənglə dəstək ola bilərsiniz, doktorlar çatdırırlar. Çiçək qəbul edilmir bu mərhələdə. İmkanı olanlar zəngi əsirgəməsin".

Xatırladaq ki, Aygün Bəylər bir müddət öncə süd vəzi xərçəngindən əziyyət çəkirdi. Ötən ay onun səhətinin yaxşılaşması və tam sağalması ilə bağlı xəbərlər yayılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->