Əməkdar artist əsəbiləşib studiyanı tərk etdi (VİDEO)
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev prodüser Təranə Səmədova ilə aralarında yaşanan gərgin anlara aydınlıq gətirib.
Aktyor Qaynarinfo-ya açıqlamasında qadınla mübahisəni sevmədiyini deyib:
"Gördüm ki, qadın əsəbidir, istəmədim uzadam. Mən belə anlarda qadının üstünə gedə bilmirəm. Odur ki, studiyanı tərk etdim. Dedim, qoy sakitləşsin”.
Vahid Əliyevin dediyinə görə, Təranə Səmədova onlara gedib-gələn adamdır:
"Təranə demək istəyirdi ki, Vahid müəllim, siz məni tanımadınız? Açığı mən onu əvvəl tanımadım, sonra bildim ki, bu odur”.
Qeyd edək ki, televiziya proqramlarının birində prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında gərgin anlar yaşanıb. V.Əliyev isə onunla bir yerdə oturmaq istəmədiyini deyərək, studiyanı tərk edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər