"Mən oxumasam, özüm və ailəm acından ölərik".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həftənin qonağı" verilişinə müsahibəsində deyib.
Sənətçi gündəlik xərclərini ödəmək üçün hər axşam restoranlarda keçirilən şou proqramlarda çıxış etdiyini vurğulayıb:
"Mən oxumasam işığımız, qazımız, suyumuz gəlməz. Axşamlar şou proqramlara gedirəm oxuya-oxuya içim "qan" ağlayır. Özümə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil. Xalqımız orada məni görür sevinir və məni sevirlər... Şou proqramlarda çıxış etməyi də çox gözəl bacarıram. Amma mən "itirirəm".//Bizim.Media
Şərhlər