Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında oyun idarə edib.
Qaynarinfo xəbər verri ki, Ağayev ölkə çempionatının 6-cı turunda baş tutan "Panatinaikos" - "Aris" qarşılaşmasında fit çalıb. 35 yaşlı referiyə yan xətt hakimləri
Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib.
Matçın 45-ci dəqiqəsində "Aris"in futbolçusu Abubakar Kamaranı qırmızı vərəqə ilə meydandan qovan baş hakim daha 6 futbolçuya da "sarı" göstərib.
Görüş "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər