Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı ədalət təmsilçimiz çempionatda qalmaq uğrunda "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Matç iyunun 11-də baş tutacaq.
Səbuhi Həsənov
Şərhlər