Xəbər lenti

Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək
İdman 15:32 07.08.2022

Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA yeni təyinat alıb.

Qaynarinfo-nun məlumatına görə, 35 yaşlı baş hakim Rumıniyada "Styau" və Slovakiyanın "Dunayska Streda" komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda "Styau" 1:1 hesablı qələbə qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->