Haqq Ədalət Partiyası (HƏP) "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq qeydiyyatla bağlı sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.
Bu barədə Qaynarinfo-ya partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib.
O bildirib ki, nazirliyə təqdim olunan siyahıda 5546 üzvün imzası və məlumatları yer alıb.
Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.
Bahar Rüstəmli
Şərhlər