Xəbər lenti

Əli İnsanovla Etibar Məmmədovun partiyaları birləşir?
Siyasət 12:32 01.05.2023

Əli İnsanovla Etibar Məmmədovun partiyaları birləşir?

Haqq Ədalət Partiyası "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq bütün sənədləri hazırlayıb və deyilən vaxtda Ədliyyə Nazirliyinə təqdim edəcək. 

Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, müəyyən partiyalardan HƏP-ə birləşməklə bağlı ara söhbətlər var:

"Amma rəsmi olaraq bizə hər hansı müraciətlər yoxdur”.

"İctimaiyyət arasında HƏP-lə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) birləşməsi barədə xəbərlər yayılır. Bununla bağlı partiyada hər hansı müzakirə aparılırmı" sualına Zəlimxan Məmmədlinin cavabı belə olub:

"HƏP-in həyatında belə bir məsələ yoxdur”.

Qeyd edək ki, HƏP-in sədri sabiq səhiyyə naziri Əli İnsanovdur. AMİP-in sədri Arzuxan Əlizadə, lideri isə Etibar Məmmədovdur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->