Xəbər lenti

Əli Həsənovun oğlu Mayamidəki şirkətini yeni ünvana köçürüb
Ekonomiks 17:23 07.10.2024

Əli Həsənovun oğlu Mayamidəki şirkətini yeni ünvana köçürüb

Azərbaycanı tərk edərək ABŞ-yə köçən Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus şirkət qeydiyyat ünvanını dəyişib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin 12 iyul 2022-ci il tarixində Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə dövlət qeydiyyatından keçirdiyi "Solis Development LLC” şirkəti "51 SW 11th Street Apt. 1320 Miami, FL 33130 US” ünvanına köçürülüb.

Qeyd edək ki, şirkət əvvəllər "2925 NE 190th ST Apt. 106 Aventura, FL 33180” ünvanında qeydiyyatda olub. Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, "Solis Development LLC” daşınmaz əmlak sektoru ilə bağlı müştərilərə müxtəlif xidmətlər göstərir.

Məlumat üçün bildirək ki, hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.

Əli Həsənovun oğlu daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən "Zylberglait Group”da işə düzəlib. Mayamidə fəaliyyət göstərən "Zylberglait Group” ABŞ-nin və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan "Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. 

"Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də olub. Bu barədə məlumat ilk dəfə Yeniavaz.com saytında dərc olunub.  Daha sonra Şamxal Həsənli "Marcus and Millichap” şirkətindəki vəzifəsindən istefa verərək "Solis Development LLC” şirkətini təsisi edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->