Xəbər lenti

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə çəkişməsi davam edir
Ekonomiks 08:52 02.08.2023

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə çəkişməsi davam edir

Bakı Kommersiya Məhkəməsində Ağarəhimov İlqar Ağarəhimoviçin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudovaya qarşı iddia üzrə növbəti məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib, çıxışlar edilib.

Məhkəmə növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, İlqar Ağarəhimov Anar Mahmudov və Nərgiz Mahmudovu məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.

Xatırladaq ki, İlqar Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.

İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır. Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib. Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.

Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır. Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->