"Altes Plaza Group” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham olunur.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
389-cu maddədə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
"Altes Plaza Group” MMC keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şirkət kimi tanınır. Mediada gedən məlumatlara görə, şirkət Eldar Mahmudov nazir təyin ediləndən az sonra yaradılıb.
Seyid
Şərhlər