Xəbər lenti

Əlcəzairdə təcavüzə məruz qalan turist hakimiyyəti tənqid etdi, həbs olundu (FOTO)
Dünya 19:28 13.10.2024

Əlcəzairdə təcavüzə məruz qalan turist hakimiyyəti tənqid etdi, həbs olundu (FOTO)

Tunisli qız sosial şəbəkədə Əlcəzairdə təhlükəsizlik problemlərindən şikayətlənib və bir il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Leconomiste Maghrebin" məlumat yayıb.

Qızın vəkilinin sözlərinə görə, 21 yaşlı Donia Annabeyə səfəri zamanı bir qrup əlcəzairli tərəfindən cinsi təcavüzə məruz qalıb. O, polisə şikayət edib, amma sonunda özü həbs olunub.

Belə ki, turist hadisədən sonra sosial mediada Əlcəzairin qadınlar üçün təhlükəli ölkə olduğunu bildirib. Bu bəyanat Əlcəzair mediasında rezonansa səbəb olub və polis bunu ölkənin ləyaqətinə və dövlətin suverenliyinə hücum kimi qiymətləndirib.

Doniyanın vəkili deyib ki, o, həbs edilib, mühakimə olunub və cəmi iki gündə bir il həbs cəzası alıb və cərimə olunub. Qızın müdafiə tərəfi artıq məhkəmənin qərarından apellyasiya şikayəti verib, lakin məhkəmənin vaxtı hələ təyin edilməyib.

Doniyanın yaxınları həbs olunduqdan sonra onunla əlaqə saxlaya bilmir və Tunis hakimiyyətini diplomatik müdaxiləyə çağırır.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->