Xəbər lenti

Şəhidin işlədiyi mağazanı seçən
Video 16:22 23.09.2024

Şəhidin işlədiyi mağazanı seçən "OBA"lı xanım… (VİDEO)

"OBA” Marketlər Şəbəkəsi tərəfindən qadınların cəmiyyətdəki rolunu göz önünə gətirmək, onların iqtisadi azadlığını vurğulamaq məqsədilə həyata keçirilən "Qadının Gücü” layihəsinin bu dəfəki müsahibi Nişanə Səfərovadır.
 
O, karyerasına 44 günlük Vətən Müharibəsi şəhidi Tural Aslanovun məsləhəti ilə "OBA” marketdə satıcı-kassir olaraq başlayıb. Nişanə Səfərova hazırda işinə şəhidin çalışdığı mağazada davam edir. Elə "Əhmədli-5” mağazasına keçməsinin də səbəbi məhz şəhidimizin vaxtilə bu ünvanda çalışması olub.
 
"OBA” marketlər şəbəkəsi olaraq uğurlu karyera yüksəlişi əldə etmiş xanım əməkdaşlarımızın iş və həyat hekayəsini paylaşaraq bu yola başlamaqda tərəddüd edən qadınları ilhamlandırmaq, onlara öz uğur hekayələrinin müəllifi olmaq fürsətini xatırlatmaq istəyirik.
 
Qadınların gücü və əzmkarlığı ilə formalaşan uğur hekayələrini sizinlə paylaşmaqdan qürur duyuruq!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->