Xəbər lenti

Əhalini qeyri-formal məşğulluğa qarşı mübarizəyə çağırdı, özü işdən çıxdı
Ekonomiks 15:50 14.10.2024

Əhalini qeyri-formal məşğulluğa qarşı mübarizəyə çağırdı, özü işdən çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyində departament müdiri işdən çıxıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DMX-nın sosial tərəfdaşlar və layihələr departamentinin müdiri Səbuhi Qənbərzadə öz ərizəsi ilə vəzifəsindən azad olunub. 

Bu barədə Dövlət Məşğulluq Agentliyinin yeni sədri Sadiq Əliyev əmr imzalayıb. 

Qurumun strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev bildirib ki, Səbuhi Qənbərzadə 10 gün əvvəl işdən çıxıb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, ötən ayın 16-sında Səbuhi Qənbərzadə agentliyin vəzifəli əməkadaşı kimi sosial reklama çəkilərək "əhalini qeyri-formal məşğulluğa qarşı mübarizəyə" çağırmışdı.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->