Xəbər lenti

Əfsanəvi basketbolçunun köynəyi hərracda bu qiymətə satıldı
İdman 13:38 29.10.2022

Əfsanəvi basketbolçunun köynəyi hərracda bu qiymətə satıldı

NBA tarixinin əfsanəvi basketbolçusu Maykl Cordanın karyerasının son oyununda geyindiyi köynək hərracda yeni sahibini tapıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nyu Yorkdakı hərrac evi olan "Sotheby's"dən məlumat verilib. Cordanın "Vaşinqton Uizards"da oynadığı dönəmə aid məşq köynəyinin 900 min dollara satıldığı bildirilib.

Cordanın 1998-ci ildə NBA finalının ilk oyununda geyindiyi forma sentyabrda 10,1 milyon dollara satılmış və tarixin ən bahalı forması olmuşdu. Məşhur basketbolçunun 1997-98 mövsümü üçün imzaladığı oyunçu kartı isə 2,8 milyon dollara öz sahibini tapmışdı.

NBA-dakı karyerasına 1984-cü ildə başlayan Cordan 1984-1993 və 1995-1998-ci illərdə "Çikaqo Bullz"da çıxış edib. 2001-ci ildə yenidən basketbola qayıdan əfsanə "Vaşinqton Uizards"ın heyətində iki mövsüm oynadı.

O, əfsanəyə çevrildiyi "Çikaqo Bullz"da 6 çempionluq yaşayıb.
 
Səbuhi Həsənov 
 
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->