Xəbər lenti

Əfsanəvi basketbolçu bu klubdakı səhmlərini transfer edir
İdman 17:55 04.08.2023

Əfsanəvi basketbolçu bu klubdakı səhmlərini transfer edir

Maykl Cordan NBA komandalarından biri olan "Charlotte Hornets"in səhmlərinin böyük hissəsini transfer etmək qərarına gəlib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Charlotte Hornets”dən açıqlama verilib. Klubun ən böyük səhmdarı olan Cordanla ABŞ-dən olan iş adamları Qeyb Plotkin və Rik Şnall arasında səhm satışı ilə bağlı razılığın əldə edildiyi bildirilib.

Bu müqavilədən sonra Cordan "Charlotte Hornets"in kiçik səhmdarı olaraq qalacaq. ABŞ mətbuatında yer alan xəbərə görə, 2010-cu ildə klubun səhmlərinin böyük hissəsini 275 milyon dollara alan keçmiş basketbolçu sözügedən sövdələşmədən təxminən üç milyard dollar qazanacaq.

"Chicago Bulls"da altı çempionluq qazanan Cordan liqa tarixinin ən yaxşı oyunçusu olaraq qəbul edilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->