Xəbər lenti

Əfqan Talıbov: “Ozobiç, Zubir, Ovusu son nöqtəni qoya bilmədilər”
İdman 18:01 28.10.2022

Əfqan Talıbov: “Ozobiç, Zubir, Ovusu son nöqtəni qoya bilmədilər”

Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Nant”la qarşılaşan "Qarabağ” Fransa klubuna 1:2 hesabı ilə uduzdu. Fransadan üzücü nəticə ilə qayıdan Ağdam klubunun matçı ilə bağlı məşqçi Əfqan Talıbov öz düşüncələrini bölüşüb.

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Onu deyə bilərəm ki, çox gözəl oyun alındı. Gözəllik ondan ibarət idi ki, hər iki komanda müdafiədə oturmaq istəmirdi. Düşünürdülər ki, "Qarabağ” heç-heçəyə razıdır. Amma gördük ki, "Nant” üçün son şans idi. Onlar "Qarabağ”da boşluqlar tapdı. Demək olar bərabər oyun gedirdi. "Qarabağ” böyük üstünlüklə olmasa da, oyunu nəzarətdə saxlayırdı. 

Şahruddini hamı qınaya bilər. Amma "Qarabağ”da hücumlar arxadan qurulur. Çox görmüşük ki, arxaya ötürmələr, o cümlədən qapıçının topları qəbulu zamanı səhvlər olur. Bu səhvləri minimuma endirmək lazımdır. Qol vurduqdan sonra "Nant”a inam gəldi. Buna baxmayaraq, "Qarabağ” pressinq edəndə rəqibin oyunu alınmırdı. Birinci hissədə bərabər oyun getdi. Ovusu, Zubir, Ozobiç, Qara, Almeyda yaxşı pressinq edirdi. Veşoviç tərəfdə oynayan "Nant”ın futbolçusu bir qədər fəallığı ilə seçilirdi. Başqa heç bir şeylə yadda qalmadılar. Sonradan birdən-birə 3 dəyişiklik etdilər. Onlar hücumda daha da fəal iştirak etdilər, çoxala bilirdilər. Belədə "Qarabağ”ın futbolçuları geriyə çəkilib hücumların qarşısını almalı idilər. 
 


Problem onda idi ki, Ozobiç, Zubir, Ovusu son nöqtəni qoya bilmədilər. "Qarabağ” hesabda önə keçsəydi, rəqib müdafiədə boşluqlar çoxalacaqdı. Bu oyunda "Nant”ın üstünlüyünü görmədim. Fizki göstəricilərə görə "Qarabağ” onlardan geri qalmırdı. Təhlükələr yaradırdı. Ancaq "Qarabağ”a təzyiq göstərib müdafiədə oturmağa məcbur edə bilmədilər. Futbolda belə şeylərə rast gəlirik. "Fənərbağça” 0:3 hesabı ilə məğlub olurdu. Sonradan hesabı bərabərləşdirdilər. Fikrimcə "Qarabağ” heç də zəif təsir bağışlamadı. İkinci topu vursaydılar daha çox qol olacaqdı. "Nant” ikinci topdan ehtiyatlanırdı”

Talıbov Şahruddinin səhvinə də toxundu və onun "axsayan” tərəflərini də göstərdi:

"Şahruddinin səhvi var idi. Ötürmə anında "Qarabağ”ın futbolçuları rəqibin qarşını ala bilmədi. Şahruddin uzun müddətdir Avrokuboklarda iştirak edir. Çıxışlarda səhvləri olur. Ayaqla hücum başlayanda dəqiq olmasını istəyir, amma texniki tərəfdən onu ifa edərkən müəyyən səhvlərə yol verir. Topu saxlamaq, çevirmək, oyunçunun yaxın və ya uzaq məsafədən, göylə, yaxud yerlə ötürmələri zamanı səhvlər buraxır. Bununla yanaşı tez-tez qoldan xilas etdiyi anlar da oldu”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->