Xəbər lenti

ECOWAS qoşunları hazır olmadığı üçün Nigerlə bağlı iclası təxirə salındı
Dünya 22:19 12.08.2023

ECOWAS qoşunları hazır olmadığı üçün Nigerlə bağlı iclası təxirə salındı

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) ordu komandirlərinin görüşü qoşunların Nigerə müdaxiləyə hazır olmaması səbəbindən avqustun 12-dən gələn həftəyə təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya" Nigeriya rəsmisinə və Kot-d'İvuar ordusundakı mənbəyə istinadən məlumat yayıb.

Telekanala müsahibə verən hərbi analitiklər hesab edirlər ki, ECOWAS silahlı qüvvələrinin vahid qruplaşmasını formalaşdırmaq bir həftədən çox çəkə bilər. "Al Arabyia" qeyd edir ki, təşkilat əvvəllər vahid ordu yaratmaq cəhdləri edib, lakin maliyyə çatışmazlığı və maddi-texniki məhdudiyyətlər səbəbindən uğur qazana bilməyib.

İyulun 27-nə keçən gecə Niger Prezident Qvardiyasının hərbçiləri Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. O, istefa verməkdən imtina edib və ABŞ-ı ölkədə asayişi bərpa etməyə kömək etməyə çağırıb. Nigeri ziyarət edən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ordu rəhbərliyi ilə danışıqlar aparıb. Qiyamçılar müdaxilə olacağı halda prezidenti öldürəcəklərini bildiriblər.

Avqustun 10-da Kot-d'İvuar prezidenti Alassane Ouattara bildirib ki, ECOWAS liderləri Nigerdə ​​"mümkün qədər tez" hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər. Avqustun 11-də Niger üsyançıları ölkə ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr ediblər. "Associated Press"in məlumatına görə, üsyançılar yardım üçün artıq "Vaqner" müraciət ediblər.

Alassane Ouattara bildirib ki, ölkəsi Nigerə birgə müdaxilə üçün 850 əsgər verəcək. Benin və Seneqal nümayəndələri müdaxilə üçün qoşun təqdim etməyə hazır olduqlarını bəyan ediblər. Qambiyanın müdafiə naziri Dauda Kayraba Kavara və Liberiyanın informasiya naziri Lourens Bropl bildirib ki, ölkələri Nigerə qoşun göndərilməsi ilə bağlı qərar hələ qəbul etməyib.

Eyni zamanda, ECOWAS-ın üzvü olan Mali və Burkina Faso hökumətləri Niger üsyançılarına dəstək verib. Təşkilatın digər 8 ölkəsinin nümayəndələri hələ ki, Nigerdə ​​hərbi əməliyyatın keçirilməsi ehtimalını şərh etməyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->