Xəbər lenti

ECOWAS komissarı “Vaqner”in Niger çevrilişində iştirakıyla bağlı iddiaya cavab verdi
Dünya 13:18 12.08.2023

ECOWAS komissarı “Vaqner”in Niger çevrilişində iştirakıyla bağlı iddiaya cavab verdi

"Vaqner” özəl hərbi şirkəti Nigerdəki çevrilişdə iştirak etməyib. 

Qaynarinfo xəbər verir ki, bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) komissarı Abdel-Fatau Musa deyib.

"Vaqner” qrupu Nigerdəki çevrilişdə iştirak etmir, lakin baş verənlərdən faydalana bilər", deyə komissar bildirib.

O, əlavə edib ki, ECOWAS "Qərbi Afrikanın bir daha proxy müharibə arenasına çevrilməsinə” icazə verməyəcək.

Xatırladaq ki, Niger iyulun sonundan üsyançıların nəzarətindədir. "Associated Press"in məlumatına görə, üsyançılar "Vaqner”ə müraciət ediblər. Eyni zamanda, Qərb ölkələri hərbçiləri ölkə prezidentini azad edib hakimiyyətə qaytarmağa çağırır. 

O da məlum olub ki, ECOWAS-a üzv ölkələrin qərargah rəisləri və yüksək rütbəli hərbçiləri öz fövqəladə iclaslarında Nigerə hərbi müdaxilə olacağı təqdirdə plan hazırlayıblar. Eyni zamanda Nigerdəki üsyançılar hərbi müdaxilə olacağı təqdirdə prezidenti öldürməklə hədələyiblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->