Dünyanın ən yaxşı 50 baş məşqçisi müəyyənləşib.
Qynarinfo-nun məlumatına görə, məşhur "FourFourTwo" nəşri dünyanın ən yaxşı baş məşqçilərinin adını açıqlayıb. Siyahıya İngiltərə çempionu "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola başçılıq edir. İkinci yerdə "Liverpul"dan Yurgen Klopp, üçüncü pillədə "Real"dan Karlo Ançelotti qərarlaşıb.
İlk "10-luq"dakı digər mütəxəssislər isə "Arsenal"dan (İngiltərə) Mikel Arteta, "Bavariya"dan (Almaniya) Tomas Tuxel, "Nyukasl"dan (İngiltərə) Eddi Hau, "Barselona"dan (İspaniya) Xavi, "Brayton"dan (İngiltərə) Roberto De Dzerbi, "Aston Villa"dan (İngiltərə) Unay Emeri və "Atletiko"dan (İspaniya) Dieqo Simeonedir.
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Bayer 04" klubunun "sükanı arxasında" olan Xabi Alonso 11-ci pillədə qərarlaşıb.
Səbuhi Həsənov
Şərhlər