Xəbər lenti

Sənət 17:51 23.03.2022

"Dünyanın Ən Pis Adamı" Park Cinema-da!

Martın 24-də Park Cinema şəbəkəsinin kinoteatrlarında Yoakim Trierin özünü tapmaq, çətinliklər və Oslodan olan avropalı qızın böyüməsindən bəhs edən intellektual melodram olan "Dünyanın ən pis adamı” filminin nümayişinə start veriləcək. Aktrisa Renate Reinsve Kann-2021 əsas müsabiqəsində Ən Yaxşı Qadın Oyunçu mükafatını qazandı. Film həmçinin Oskar (Ən Yaxşı Orijinal Ssenari və Ən Yaxşı Xarici Film kateqoriyaları), BAFTA və digər mükaftlara namizəd görülüb.

"Dünyanın ən pis adamı” müasir qızın formalaşmasından, şəxsi seçiminin çətinliklərindən, özünü kəşf yolunda gənc oğlanın sevincindən və kədərindən bəhs edir. Yaxşı Norveç ailəsindən olan gənc tələbə Culia həkim olacağını düşünərək yetkin həyatına başlayır. Onun əsas xüsusiyyətləri narahatçılıq və düşüncədir. Culia özünün və başqalarının dəyərlərini şübhə altına alır və daimi daxili qarşıdurma içərisində yaşayır. Təhsilin ilk aylarından sonra o qərara gəlir ki, psixologiya ona tibbdən daha yaxındır - sonra yazı, fotoqrafiya və kitab biznesinə böyük maraq göstərir. Film ardıcıl 12 hissədən ibarətdir: Culia peşə və sevgililərini dəyişir, uzunmüddətli münasibətlər və yüngül hobbilər yaşayır, yeni şəraitə uyğunlaşır və şəxsiyyətinin müxtəlif tərəflərini kəşf edir.

Rejissor Yoahim Trier azad edilmiş və axtarışda olan qadın portretində avropalı insanın öz müqəddəratını təyinetmə və münasibətlərindəki aktual məsələləri araşdırır: azadlığımızın sərhədi hardadır, narazılığımızın səbəbi nədir…

Rejissor Yoakim Trier Danimarkada anadan olub və Norveçdə kino sülaləsində böyüyüb: atası səs mühəndisi, babası isə Avropanın nüfuzlu Norsk Film studiyasının bədii rəhbəri olub.

Culia rolu xüsusi olaraq norveçli aktrisa Renate Reinsve üçün yazılmışdır. İllərdir teatrda çalışan Renate "Dünyanın ən pis adamı” filmi üçün təklif almazdan əvvəl aktyorluq karyerasını tərk etmək üzrə idi. Trier artıq "Oslo, 31 avqust” epizodunda Renateni lentə alıb. Reinsvenin oyunu dünyanın aparıcı nəşrlərindən yüksək rəylər topladı və Kannda ən yaxşı aktrisa üçün bir mükafat aldı. The New Yorker yazır: "Kadrda Reynsvenin olması filmi özündən daha böyük edir”, "The Guardian” isə birmənalı olaraq gözümüzün qabağında "bir ulduz doğulduğunu” iddia edir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->