Xəbər lenti

Dünyanın ən çox siqaret çəkən ölkələri açıqlandı
Dünya 10:07 24.01.2024

Dünyanın ən çox siqaret çəkən ölkələri açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın ən çox siqaret çəkən ölkələrinin reytinqini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıya Sakit Okeanın ada ölkələrindən olan Nauru başçılıq edir. Ölkə sakinlərinin demək olar ki, hər üç nəfərdən biri siqaret çəkir (36,9%).

Ən aktiv siqaret istehlakçıları reytinqində ikinci yeri Avropa təmsilçisi Serbiya (33,8%), üçüncü pilləni Asiya ölkəsi İndoneziya (33,4%) tutur. 
Bu ölkələrdə 15 yaşdan yuxarı əhalinin müvafiq olaraq 27,3%-i və 26,9%-i siqaret çəkir. Ukrayna 44-cü (20,8%), Belarus isə 36-cı (22,4%) yerdədir.

Son hesablamalarına görə, dünyada 1,25 milyard yetkin tütün istifadəçisi var. 2000-ci ildə hər 3 nəfərdən 1-i ilə siqaret çəkirdisə, indi dünyada təxminən hər 5 nəfərdən 1-i tütün istehlak edir. 

Hesabat göstərir ki, 150 ölkə tütündən istifadəni uğurla azaldır. Braziliya və Niderland tütünə qarşı mübarizə tədbirlərini həyata keçirdikdən sonra uğur qazanırlar, Braziliyada 2010-cu ildən bəri nisbi azalma 35%, Niderlandda isə 30% olub.

Hazırda Cənub-Şərqi Asiya regionu tütündən istifadə edən əhalinin ən yüksək faizinə malikdir - 26,5%, Avropa regionu isə 25,3%. Hesabat göstərir ki, 2030-cu ilə qədər Avropa bölgəsində 23%-dən bir qədər çox yayılma ilə qlobal miqyasda ən yüksək göstəricilərə sahib olacağı proqnozlaşdırılır. Avropa regionunda qadınlar arasında tütündən istifadə nisbəti qlobal orta göstəricidən iki dəfə çoxdur və bütün digər regionlara nisbətən daha yavaş azalır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->