Xəbər lenti

Dünyanın ən böyük maliyyə mərkəzləri: Nyu York reytinqdə Londona çatdı
Dünya 20:35 30.03.2023

Dünyanın ən böyük maliyyə mərkəzləri: Nyu York reytinqdə Londona çatdı

Nyu York dünyanın aparıcı maliyyə mərkəzlərinin reytinqində birinci yeri London şəhəri ilə bölüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” "City of London Corp”un dərc etdiyi hesabata istinadən yazır.

Maliyyə mərkəzlərinin rəqabət qabiliyyətini 95 göstərici üzrə müqayisə edən araşdırma, Frankfurt və Paris kimi digər mərkəzlərin də xalbalını cəmi bir pillə yüksəldiyi Londondan daha sürətli templə öz cəlbediciliyini artırdığını müəyyən edib.

"Bizim rəqabət üstünlüyümüz təhlükə altındadır, - "City of London Corp”un sədri Kris Qeyvord deyir. - Bizə maliyyə və peşəkar xidmətlər sektorunda artımı stimullaşdırmaq üçün uzunmüddətli plan lazımdır”.

Beləliklə, daha az şirkət Londonda listinqi seçir, mövcud firmalar isə qaydalardakı dəyişikliklərə baxmayaraq, birjanı tərk edir.

London Sity korporasiyası hökuməti yüksək inkişaf edən sənayeləri "Böyük Britaniyada başlamağa, qalmağa və böyüməyə" necə inandıracağını araşdırmağa çağırıb. Digər prioritet Böyük Britaniyanın xarici istedadları cəlb etməyə davam etməsini təmin etməkdir, çünki əcnəbi işçilər hazırda şəhərin işçi qüvvəsinin 40%-ni təşkil edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->