Kanadanın "Lucara Diamond" şirkəti Botsvanadakı Karove mədənindən 2492 karat ağırlığında dünyada indiyə qədər tapılmış ən böyük almazlardan birini tapıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Almaz böyük qiymətli daşların aşkarlanmasına və bərpasına imkan verən xüsusi X-ray texnologiyası "Mega Diamond Recovery X-ray Transmission"dan istifadə sayəsində tapılıb.
Bəşər tarixində ən böyük almaz olan Cullinan 1905-ci ildə Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karatdır (və ya 621 qram).
"Lucara Diamond" qeyd edib ki, almaz sənayesi vasitəsilə Botsvana təhsil və səhiyyəni maliyyələşdirməklə milli inkişafı dəstəkləyə bilər.
Aydın
Şərhlər