İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haland komandanı tərk etməyə hazırdır. Norveçlinin karyerasını davam etdirmək üçün prioritet variant İspaniyadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı Haland üçün yarışda favorit PSJ hesab olunur, amma futbolçunun özü üçün prioritet seçim İspaniyanın "Real Madrid” və "Barselona” klubları olacaq.
"Transfermarkt"a görə, o, "Real Madrid"in hücumçusu Vinisiusla birlikdə dünyanın ən bahalı futbolçusudur - onların bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Bu mövsüm norveçli "Mançester Siti"nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb və 11 qol vurub. Halandın klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Oktyabrın 10-da Haland Sloveniya ilə oyunda (3:0) dubla imza ataraq Norveç millisinin bombardiri olub. Erlinq millidə 34 qol vurub. O, 1928-1937-ci illərdə Norveçdə oynamış Yergen Juveni geridə qoyub.
Aydın
Şərhlər