İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.
Bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola açıqlamasında deyib.
O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib:
"Çoxları mənimlə əlaqə saxlayırlar. Mario İtaliyaya qayıtmaq istəyir. Bu, onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər”.
Qeyd edək ki, hazırda Türkiyənin "Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.
Şərhlər