Xəbər lenti

Dopinq testinin nəticəsi müsbət çıxan Poqba
İdman 18:48 10.10.2023

Dopinq testinin nəticəsi müsbət çıxan Poqba "Yuventus"dan nə qədər maaş alacaq?

"Yuventus"un fransız ulduzu Pol Poqbanın ikinci dopinq nümunəsi də müsbət çıxdıqdan sonra onubn nə qədər maaş alacağı müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, 30 yaşlı Poqbadan "Udineze" ilə matçdan sonra götürülən nümunədə yüksək səviyyədə testosteron aşkar edilmişdi. Ancaq bununla razılaşmayan futbolçudan ikinci dəfə test götürülüb və onun da müsbət olduğu açıqlanıb.

Bu səbəbdən dopinq prosesi başa çatana qədər Poqbanın "Yuventus"dan aldığı maaş İtaliyada müəyyən edilmiş ən aşağı həddə endiriləcək. Digər tərəfdən məhkəmədə günahkar olduğu sübuta yetirilərsə, Poqbanın "Yuventus" la müqaviləsinə xitam veriləcək. Hələlik isə futbolçuya maaşının kəsiləcəyi ilə bağlı məktub göndərən klub rəhbərliyi böyük ehtimalla Poqbaya İtaliya Futbolçular Birliyi ilə kollektiv müqavilədə göstərilən minimum əmək haqqı ödəyəcək.

30 yaşlı yarımmüdafiəçinin illik xərcinin ən aşağı limit olan 42 min 177 avroya endirilməsi gözlənilir. Bu halda Poqbanın aylıq gəliri təxminən iki min avro olacaq. Poqbanın Turin klubu ilə 2026-cı ilin yayına qədər davam edən müqaviləsinə əsasən illik təxminən 10,48 milyon avrodur. Lakin fransız ulduz indi bu məbləğin yalnız kiçik bir hissəsini qazanacaq.

İki tərəf arasında müqaviləyə xitam verilməsi ehtimalı hələ də olsa da, "Yuventus” rəhbərliyi bu istiqamətdə qərar verməzdən əvvəl futbolçu və meneceri ilə müzakirələr aparacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->