Xəbər lenti

Dövlət Agentliyindən
Ölkə 17:23 24.01.2024

Dövlət Agentliyindən "ağıllı qərar": Başqa məktəbə köçürüb, problemi "həll etdilər"

6 nömrəli məktəb-liseydə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.

Qaynarinfio xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:

"Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->