Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə qəzaya düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, o, qəzada həlak olan resjissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək.
Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanada müalicəsi davam etdirilir.
Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.
Şərhlər