AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə iclasın Birinci Divizionun 18-ci turuna həsr olunmuş hissəsində qaydalar çərçivəsindən kənara çıxanlar aşağıdakı şəkildə cəzalandırılıb.
"Sumqayıt-2” – "Turan Tovuz-2” oyununda "Sumqayıt-2” klubunun 53 nömrəli futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 36.1).
"Kəpəz-2” – "Qəbələ-2” oyununda Təcili Tibbi Yardımın oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilsin (maddə 59.4).
"İmişli” – MOİK oyununda MOİK klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).
"İmişli” – MOİK oyununda "İmişli” klubunun diktoru tərəfindən əsasnamənin pozulmasına görə "İmişli” klubu 40 manat cərimə edilsin (maddə 88).
"Zaqatala” – "Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə "Zaqatala” klubu 160 manat cərimə edilsin (maddə 59.4).
"Şamaxı-2” – "Araz Naxçıvan” oyununda "Araz Naxçıvan” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin. (maddə 62.1).
"Şamaxı-2” – "Araz Naxçıvan” oyununda "Şamaxı” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).
"Şamaxı-2” – "Araz Naxçıvan” oyununda "Araz Naxçıvan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).
"Neftçi-2” – "Səbail-2” oyununda "Səbail” klubunun oyunçusu Bəşir Aylarov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 37.1).
Səbuhi Həsənov
Şərhlər