Dövlət Gömrük Komitəsi (DGK) "OMS Savunma Sanayi Anonim Şirketi" ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, müqavilə narkotik izlərin aşkarlanması sisteminin (narko detektorlar) satın alınması ilə bağlıdır.
Müqavilədən məlum olur ki, DGK şirkətdən 6 337 600 manatdır.
Araşdırmalarımız zamanı məlum olub ki, "OMS Savunma Sanayi Anonim Şirketi" Türkiyədə təsis edilib. Şirkətin hüquqi ünvanı İstanbul şəhəri, Büyükşehir məhəlləsi, Bəylikdüzü küçəsi 5/1, mənzil 19-da yerləşir.
Açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur. Yalnız o bəllidir ki, şirkət təyyarə, helikopter hissələri, motorların istehsalı ilə məşğuldur.
Seyid
Şərhlər